IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək

16:57 - 16 / 05 / 2024
IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistan Respublikasının Baş prokuroru Yusuf Raxmonun dəvəti ilə İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının 5-ci iclasında iştirak etmək məqsədilə Düşənbə şəhərində işgüzar səfərdədir.

Baş Prokurorluğun mətbuat xidmətindən 1news.az-a bildirilib ki, səfər çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Prezidenti Emomali Raxmonla görüşüblər.

Prezident iclasın işinə uğurlar arzulayaraq İƏT-ə üzv dövlətlər arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın önəmini, xüsusən cinayətkarlığa qarşı mübarizədə birgə səylərin regionumuzda sabitliyin və təhlükəsizliyin qorunmasında prokurorluq orqanlarının rolunu qeyd edib.

Görüşdə Baş prokuror Kamran Əliyev İƏT-ə üzv dövlətlərin baş prokurorları adından Tacikistan Prezidentinə görüşə görə təşəkkürünü bildirərək Prezident İlham Əliyevlə Tacikistan Prezidenti Emomali Raxmonun sarsılmaz səyləri nəticəsində ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Daha sonra İƏT-ə üzv dövlətlərin baş prokurorlarının 5-ci iclası keçirilib. İclasda çıxış edən Tacikistanın Baş prokuroru Yusuf Raxmon tədbirin əhəmiyyətini və beynəlxalq əməkdaşlığın mahiyyətini qeyd edib.

Baş prokuror Kamran Əliyev çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə danışaraq terrorçuluğa və onun maliyyələşdirilməsinə qarşı mübarizə mövzusunda çıxış̧ edib. Ölkəmizin terrorçuluğa qarşı mübarizə üzrə mövcud 12 beynəlxalq konvensiyaya qoşulduğunu, həmçinin milli qanunvericiliyin mövcud beynəlxalq standartlara uyğunlaşdırıldığını bildirib.

Kamran Əliyev torpaqlarımızın bir hissəsini uzun illər işğal altında saxlamış Ermənistanın bu ərazilərdə mina terrorunun müəllifi olduğunu qeyd edərək, işğal dövründə 1,5 milyondan çox mina basdırıldığını, birinci və ikinci Qarabağ müharibəsindən indiyədək təxminən 3 500 nəfər azərbaycanlının minadan zərər çəkdiyini, 4 000 şəxsin itkin düşdüyünü, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkarlandığı barədə ətraflı məlumat verib, terrorçuluqla mübarizədə səylərin beynəlxalq səviyyədə birləşdirilməsinin zəruriliyindən bəhs edib.

Baş prokuror çıxışında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu, ölkə rəhbərliyinin diqqət və qayğısı ilə Qarabağda sürətli bərpa və quruculuq işlərinin aparıldığı barədə həmkarlarına məlumat verib. Eyni zamanda, Kamran Əliyev cari ilin sentyabrında ölkəmizin Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağına, noyabrda isə dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcəyini bildirib.

Yüksək səviyyəli iclasda İƏT-in Baş katibi, Türkiyə, Özbəkistan, İran, Qazaxıstan, Tacikistan, Pakistan, Qırğızıstan, Türkmənistan və qonaq qismində dəvət olunmuş Səudiyyə Ərəbistanı Krallığının prokurorluq orqanlarının rəhbərləri iştirak ediblər.

Nümayəndə heyətinin Tacikistana səfəri davam edir.

Paylaş:
120

Son xəbərlər

Elan saytlarında saxta məlumatlar yerləşdirərək dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:14DSX: Ötən ay dövlət sərhədini pоzduqlarına görə 126 nəfər saxlanılıbBu gün, 11:12“McDonald’s Azərbaycan” və DSMF şəhid övladları üçün tədbir təşkil ediblər - FOTO - VİDEOBu gün, 11:10Dünya bazarlarında qızıl və gümüş ucuzlaşıbBu gün, 10:58Yol qəzası Şüvəlan istiqamətində sıxlığa səbəb olubBu gün, 10:46Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edibBu gün, 10:29Biləsuvarda narkokuryerdən külli miqdarda narkotik vasitələr aşkarlanıbBu gün, 10:18FHN ildırım təhlükəsi ilə bağlı əhaliyə müraciət edibBu gün, 10:09Uşaqların Beynəlxalq Müdafiəsi günüdürBu gün, 10:02HONOR 200 Seriyasının Azərbaycan bazarında təqdim edilmiş ilk modelini qarşılayın!Bu gün, 10:00Sarayda minik və yük maşınları toqquşub, ölənlər var31 / 05 / 2024, 17:46“Translogistica Caspian” Sərgisi: nəqliyyat, tranzit və logistika sahələrində yeni həllər və innovasiyalar - FOTO31 / 05 / 2024, 17:43Bu gün Xalq artisti Sara Qədimovanın 102-ci ildönümü tamam olur31 / 05 / 2024, 17:36Regionun enerji sahəsində ən mühüm hadisəsi: Bakı Enerji Həftəsi - FOTO31 / 05 / 2024, 17:21Naxçıvanda komanda-qərargah təlimi keçirilib31 / 05 / 2024, 17:14Növbəti köç karvanı Laçına çatıb - YENİLƏNİB31 / 05 / 2024, 16:46Bakının 8 Noyabr prospektinin bağlanmış hissəsi sürücülərin istifadəsinə verilib31 / 05 / 2024, 16:28Azərbaycanda iyun ayının hava proqnozu açıqlanıb31 / 05 / 2024, 16:01Bu gün Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasından 95 il ötür31 / 05 / 2024, 15:48Vilayət Eyvazov Yardımlıda vətəndaş qəbulu və sıra baxışı keçirib31 / 05 / 2024, 15:32
Bütün xəbərlər